
Amazon müştərilərə yeni avtomobillər, yük maşınları və SUV-ləri dilerlərdən sifariş verməyə və satın almağa imkan verən onlayn avtomobil satışına başlamaq üçün "Amazon Autos"u təqdim edib.
Amazon, bu yeni təşəbbüsə 48 ABŞ şəhərində, o cümlədən Atlanta, Boston, Çikaqo, Los Angeles və Nyu-Yorkda Hyundai ilə başlayır.
"Autos", geniş Amazon e-ticarət ekosisteminin digər hissələri kimi işləyəcək. Alıcılar, iştirak edən dilerlərdən mövcud avtomobilləri model, avadanlıq, rəng və xüsusiyyətlərə görə axtara biləcəklər. Xüsusilə, müştərilər "Amazon Autos" saytında maliyyələşdirməni təmin edib, elektron imza ilə sənədləri imzalaya biləcəklər.
Ödəniş tamamlandıqdan sonra, müştərilər avtomobillərini həmin dilerlərdən götürmək üçün vaxt təyin edə biləcəklər.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
