
Çinin bazar tənzimləyicisi, "Nvidia"nın İsrail mənşəli Mellanox şirkətini təxminən 7 milyard dollara satın alması ilə bağlı araşdırma başladıb. "Mellanox" superkompüterlər üçün yüksək performanslı çiplərin istehsalı ilə məşhur bir şirkətdir.
2019-cu ildə yekunlaşan bu razılaşma bir neçə vacib öhdəlikləri ehtiva edir. "Nvidia", razılaşmaya əsasən, yeni məhsullar haqqında məlumatları rəqibləri ilə bölüşməli və Çinli çip istehsalçılarına "Mellanox" texnologiyasını test etməyə imkan verməlidir.
ABŞ-nin yarımkeçirici istehsalçılarına qarşı tətbiq etdiyi məhdudiyyətlər "Nvidia"nı çətin vəziyyətə salıb. Şirkətə ən qabaqcıl süni intellekt çiplərini Çin şirkətlərinə satmaq qadağan edilib. Bu məhdudiyyətlər Çinin qarşı tədbirlərinə səbəb olub. Məsələn, Çin kiber təhlükəsizlik araşdırmasından sonra bəzi Micron məhsullarının ölkə daxilində satışını qadağan edib.
Çinin bu araşdırması "Nvidia"nın Asiya bazarındakı mövqeyinə təsir edə bilər. Şirkət, xüsusən də "Mellanox" alışı ilə bağlı hər hansı hüquqi və tənzimləyici maneələrlə üzləşə bilər.
Mənbə: TechCrunch
Tərcümə etdi: Arzu Qafarova
