Bu gün:

Polis Brian Tompsonun qətlində şübhəlini həbs etdi


Pensilvaniyada polis 26 yaşlı Luiçi Mançoneni həbs edib. Mançoneni, keçən həftə Nyu-York şəhərində UnitedHealthcare şirkətinin baş direktoru Brian Tompsonun güllələnərək öldürülməsində şübhəli bilinir.

Brian Tompson dekabrın 4-ü, çərşənbə günü Manhattanın mərkəzində güllələndikdən sonra polis cinayətkarın şəxsiyyətini müəyyənləşdirmək üçün geniş araşdırmalara başlayıb.

Luiçi Mançoneni, Altonada yerləşən McDonald's restoranına gedərkən tutulub. Şahidlər onun görünüşünü Nyu-York Polis İdarəsinin yaydığı şübhəli atıcının təsvirinə bənzədərək, hüquq-mühafizə orqanlarına məlumat veriblər. Həbs barədə məlumat The New York Times tərəfindən təsdiqlənib.

Mənbə: WIRED

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et