Bu gün:

Qar dənəcikləri haqqında 3 elmi fakt


Qar  Yeni il simvoludur, həm də suyun məcmu vəziyyətidir. Gəlin qara materialşünasların gözü ilə baxaq.

1. Bütün qar dənələri fərqlidir.

Bəzi insanların dediklərinə görə, qar dənəciklərin təkrarı olmur və hamısı birbirindən fərqli olur. Lakin bu yanlış düşüncədir. Qar dənəciyi, ilk növbədə, kristallaşmış sudur. Kristal quruluşda atomların düzülüşü standart fizika qanunlarına tabe olur və fiksasiya verilmiş şərtlər üçün ən əlverişli enerji vəziyyətində baş verir. Qar dənəciyinin formaları müxtəlifdir, amma unikal deyil.

2. Bütün qar dənəciklərinin 6 bucağı var

Kristalın növündən asılı olmayaraq qar dənəciklərinin 6 bucağı olur. Hətta 1611-ci ildə Kepler  “Altıbucaqlı qar dənəcikləri” haqqında traktat belə yazıb. Bunun isə səbəbi ilk faktla eynidir. 


3. Qar dənəciyinin ortasında toz dənəcikləri var.


Qar dənəciyi kristallaşmış su olduğuna görə kristallaşma da elə ortadan başlayır. Normal vəziyyətdə isə ortada toz dənəcikləri yerləşir. Bu 100% hallarda baş verməsə də, rast gəlinən vəziyyətlərdəndir. 


Mənbə: İnjenernıye znaniya

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et