Ölkələrindəki vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalılar 61 illik Bəəs rejiminin devrilməsindən sonra vətənlərinə qayıtmaq üçün Hatayın Cilvegözü Sərhəd Qapısında böyük sıxlıq yaradıblar.

Reyhanlıların sərhəd qapısında səhər saatlarından əldə edilən növbəyə düzülən suriyalılar gömrük prosedurlarını gözləyirlər. Vətənlərinə dönmək istəyən suriyalılar Cilvegözü Sərhəd Qapısında sıxlıq yaradıblar.
Jandarma sıxlığı azaltmaq üçün təxminən 5 kilometr məsafədə xüsusi nəzarət nöqtəsi qurub. Burada yoxlamadan keçən şəxslərdən qapıya yönləndirilir.
Suriyalı Ədəm Muhəmməd Zin Şama yola düşmək üçün hazırlaşdıqlarını bildirib. O, ölkəsinin illər sonra azad olmasını böyük sevinc hissi ilə qarşıladığını deyib: "Şükürlər olsun ki, yolumuz açıldı, Əsəd getdi, müharibə bitdi. Mən 10 ildir İstanbuldayam. Türklərdən Allah razı olsun, bizə çox kömək et."
Mənbə: Trt Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
