Bu gün:

İsrail ordusu təxmini 22 fələstinlini həbs edib


Hadisə şahidlərinin verdiyi məlumata görə, İsrail qüvvələri Cenin və El-Halil şəhərləri də daxil olmaqla, bir neçə bölgəyə hücumlar edib. El-Halilin müxtəlif ərazilərindəki əməliyyatlar zamanı çox sayda insanın tutulduğu bildirilib.

Hücumlar zamanı fələstinlilərin evləri dağıdılıb, saxlanılan şəxslər və onların ailələri fiziki və psixoloji zorakılığa məruz qalıb.

Cenin şəhərinin Yabed qəsəbəsində də İsrail qüvvələrinin evlərə hücum etdiyi və burada da 22 nəfərin həbs edildiyi qeyd olunub.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə İsrailin Qəzza zolağına hücumu başlayandan sonra işğal altındakı Qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumlar və həbs əməliyyatları artıb.

Bu dövrdən bəri İsrail əsgərlərinin və işğal edilmiş Fələstin torpaqlarında məskunlaşan yəhudilərin hücumları nəticəsində 167-i uşaq olmaqla, 807 fələstinli həyatını itirib.

İşğal altındakı Qüds və Qərb sahilində Fələstin torpaqlarında qurulan yəhudi məskənlərində 720000-dən çox israilli yaşayır.

Mənbə: Trt Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et