
Tale matrisi numerologiyaya əsaslanan bir sistemdir və doğum tarixinə, adına əsaslanaraq bir insanın həyatında müəyyən təsirləri və potensial hadisələri anlamağa çalışır. Numerologiya kainatdakı hər şeyin müəyyən bir titrəmə və enerjiyə malik olduğunu güman edir və rəqəmlər bu enerjiləri təmsil edir. Bu kontekstdə tale matrisi bir insanın həyatında qarşılaşacağı çətinliklər, qabiliyyətlər və ya əlaqələr haqqında məlumat verməyə çalışan bir xəritədir.
Bəs, tale matrisi necə hesablanır?
Tale matrisi adətən şəxsin doğum tarixi və adı ilə hesablanır. Burada əsas fikir ondan ibarətdir ki, hər hərf və ya rəqəm müəyyən bir titrəmə enerjisi daşıyır və bu enerjilər insanın həyatını formalaşdırır. Məsələn, doğum tarixinizdəki rəqəmlər bir-bir alınır, bir-birinə toplanır və sadələşdirilir. Bu alınan nəticə taleyinizin nömrəsini və ya digər vacib numeroloji nömrələri təmin edir.
Tale matrisinə nələr daxildir?
Həyat nömrəsi qarşılaşacağınız çətinliklər, ruh ekizinizin fiziki, xarakterik xüsusiyyətləri, yaşayacağınız münasibətlər, qazanılacaq uğurlar və bu tip gələcək yönümlü fikirləri əks etdirir.
Tərcümə etdi : Dilbər Paşazadə
Mənbə : Forbidden, Britannica
