Bu gün:

Saxta və süni qidaların siyahısı yenilənib


Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi sağlamlıq üçün təhlükəli olan ziyanlı və dəyişdirilmiş qidaların siyahısını yeniləyib. Yeni məlumatlara görə, "çirklənmiş və dəyişdirilmiş məhsullar"ın sayı 168-ə, süni və ya təqlid edildiyi təsdiqlənmiş məhsulların sayı isə 802-ə çatıb. Bu siyahı “guvenilirgida.tarimorman.gov.tr” saytında dərc edilib.

Nazirliyin araşdırmalarına əsasən, siyahıda olan məhsullar arasında aşağıdakı uyğunsuzluqlar aşkar edilib:

Toyuq kolbasalarında mexaniki üsulla ayrılmış quş əti.

Şəkər əlavə edilmiş üzüm doşabı.

"Kari" ədviyyatlarında qatqılı nişasta.

Bitki mənşəli məhsullarda istifadəsinə icazə verilməyən rəngləndirici maddələr.

Çili bibəri və şirin toz bibərdə qatqı maddələri.


Bu siyahı, təhlükəli və sağlamlığa zərərli məhsullardan qorunmaq üçün istehlakçılar üçün xəbərdarlıq xarakteri daşıyır.


Mənbə: Trt Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et