Təbii fəlakətlər dağıdıcı hadisələrdir və böyük miqdarda zərər və insan itkisinə səbəb olma potensialına malikdir. Dünyada hər il təxminən 60,000 insan quraqlıqlar, sellər, zəlzələlər və sunamilər kimi fəlakətlər nəticəsində həyatını itirir və əlavə olaraq, 150 milyon insan bu hadisələrdən təsirlənir.
Elə isə gəlin tarixin ən güclü fəlakətlərindən bir neçəsinə birlikdə nəzər salaq:
1. Tayfun Nina–Banjiao bəndinin dağılması
Tayfun Nina 1975-ci ilin avqustunda Çin'in qərbindəki Henan əyalətini vurub. Tayfun fəlakəti bəndin dağılmasına səbəb olub və ardınca yaranan sellər 150,000-dən çox insanın ölümünə yol açıb. Banjiao bəndi 1950-ci illərin əvvəllərində Sarı çay üzərindəki axını nəzarətdə saxlamaq üçün inşa edilib, amma Tayfun Nina bəndin dözə biləcəyi sel səviyyələrindən iki dəfə güclü sellər yaradıb. Ölüm sayı hesabatlarına görə, seldə ən azı 26,000 insan həyatını itirib. Təxminən 145,000 insan suyun çirklənməsi və qıtlıq səbəbindən yaranan epidemiyalardan ölüb. Fəlakətdən təsirlənən insanların sayı 10,000,000-dan çox olub.
2. Tokyo- Yokohama zəlzələsi
Tokyo- Yokohama metropoliten ərazisində 1923-cü ilin 1 sentyabrında 7.9 bal gücündə zəlzələ olub. Bu zəlzələdə hayatını itirənlərin sayı 140,000-dən çox idi. Bu ölüm sayıların əksəriyyəti sonrakı geniş miqyaslı yanğınlar səbəbindən baş verib. Yüz minlərlə ev ya dağılıb, ya da yanıb və şok nəticəsində, Sagami körfəzindəki Atami şəhərində 12 metr hündürlüyündə sunami meydana gəlib. Zəlzələ və onun ardınca baş verən hadisələr Yaponiyanın ən böyük ticarət mərkəzini məhv edib və milləti on illər boyu travmatizasiya edib.
3. Keşmir zəlzələsi
2005-ci ilin 8 oktyabrında Pakistanın nəzarəti altında olan Keşmir bölgəsində, Pakistanın Şimal-Qərb sərhəd vilayətində və Hindistanla Əfqanıstanın yaxın ərazilərində fəlakətli bir zəlzələ baş verib. Zəlzələnin maqnitudası 7.6 olaraq ölçülüb və sağ qalanlara yardım göstərilməsi çoxsaylı təkanlar, torpaq sürüşmələri və daş düşməsi ilə çətinləşib. Zərər dərəcəsi və yüksək ölüm sayı təsirlənən ərazilərdə zəif tikinti şəraiti ilə daha da artıb. Keşmirdə ən azı 79,000 insan həyatını itirib və 32,000-dən çox bina dağılaraq yerlə-yeksan olub.
Mənbə: Britannica
Tərcümə etdi: Arzu Qafarova
