Bu gün:

2024-cü ilin ən yaxşı artisti kim seçilib?


Taylor Swift Spotify-ın 2024-cü ilin ən çox dinlənilən qlobal artistləri siyahısında ikinci il ardıcıl olaraq birinci yerə yüksəlib. Bu il Swift-in musiqiləri 26.6 milyarddan çox dinlənmə sayı əldə edib. Spotify Swift-in "Global Top Artist" dövrünü qeyd edərək onu təbrik edib.

Müğənninin "The Tortured Poets Department: The Anthology" albomu bu il Spotify-da ən çox dinlənilən albom olub. Əlavə olaraq, "1989 (Taylor’s Version)" altıncı , "Lover" isə səkkizinci ən çox dinlənilən albom sırasına düşüb. Spotify Swift-in uğurlarını qeyd edərək, Swiftie-lər üçün xüsusi animasiyalar təqdim edib və onun profilinə Wrapped nişanı yerləşdirib.

Bu uğur Swift-in 2023-cü ilin mart ayında başlayan və bu həftə Vancouverdə son şoularını keçirəcək "Eras Tour"unun sonlarına yaxınlaşdığı bir dövrə təsadüf edir. Swift Spotify-da ən çox dinləyicilərindən biri olan bəzi pərəstişkarlarına video mesaj göndərərək təşəkkür edib.

Spotify-ın qlobal artistlər siyahısında Swift-dən sonra ikinci yeri The Weeknd, üçüncü yeri Bad Bunny, dördüncü yeri isə Drake tutub. Beşinci sırada Billie Eilish yer alıb.

Mənbə: NBC NEWS

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et