Bu gün:

Elm pişiklərin 6 qəribə davranışının səbəbini açıqlayıb


Pişiklər həm çaşdırıcı davranışları, həm də şirinliyi ilə tanınırlar. Ancaq heç düşünmüsünüzmü ki, niyə pişiyiniz yorğanı təpikləyir və ya komputerinizdə yatır? Kaliforniya Universitetindən Emma Qriqq, pişiklərin bu davranışının səbəblərini elmi olaraq izah edib. Pişiklər tərəfindən ən çox görülən 6 davranış və onların mənaları:

1. Pişiklər bizi həqiqətən sevirmi və əgər belədirsə, bunu necə göstərirlər?


Əgər pişiyiniz başını ayaqlarınıza sürtürsə və ya ayaqlarınızın ətrafında gəzirsə, bu, onun sizə olan sevgisini göstərir. Emma Qriqqin fikrincə, pişiklər yanaqlarındakı bezlər sayəsində sizi "dünyalarının bir hissəsi" edir.

Bundan əlavə, siz bilirdinizmi ki, yaxın qalmaq onların sizə güvəndiyini göstərir? Ancaq unutmayın ki, fiziki təmas ehtiyacları pişikdən pişiyə dəyişə bilər.


2. Bəs niyə mırıldayırlar? 


Pişiklər xoşbəxt olduqları zaman mırıldasalar da, yaralananda və ya ölümə yaxın olduqda da bu səsi çıxara bilirlər. Beləliklə, deyə bilərik ki, mırıltı rahatlaşdırıcı bir mexanizm olmaqla yanaşı, emosional ifadə ola bilər.


3. Bəs niyə xəmir yoğurma kimi yoğurma hərəkətləri edirlər? 


Əslində bu hərəkət bala vaxtından bir vərdişdir. Analarından süd əmərkən bunu edən pişiklər, böyüdükləri zaman özlərini təsəlli etmək üçün bunu etməyə davam edirlər. Qriqq bildirir ki, pişiklər sevdikləri insan və ya obyekt üzərində bu hərəkəti edərkən özlərini təhlükəsiz və dinc hiss edirlər.


4. Quşları görəndə niyə qəribə bir səs çıxarırlar


Pişiklərin quşları görəndə çıxardıqları cıvıltının dəqiq səbəbi tam bilinməsə də, elm adamları bunun onların ov instinkti ilə əlaqəli ola biləcəyini düşünürlər. Xüsusilə tuta bilməyəcəklərini anladıqları yırtıcı gördükləri zaman bu səsi həyəcanla çıxarırlar.


5. Pişikotunu bu qədər sevmələrinin səbəbi nədir? 


Pişikotu pişiklərin təxminən 50-75 faizində davranış dəyişikliklərinə səbəb olur. Qriqq bunun pişikotunun tərkibindəki "nepatalakton" adlı yağdan qaynaqlandığını bildirir. Bu maddə pişiklərin mərkəzi sinir sisteminə təsir edə bilər və eyforik və ya halüsinogen təsirlər yarada bilər.


6. Klaviatura üzərində oturmaq


Pişikiniz kompüterinizin istiliyini bəyənə bilər, lakin bu davranışın arxasında başqa səbəblər var. Qriqqin sözlərinə görə, pişiklər bu hərəkəti ilə diqqətinizi cəlb etmək istəyir və sizinlə daha böyük bağ yaratmağa çalışırlar.


Mənbə: onedio


Tərcemə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et