Günəş sistemindəki 9 planetdən yalnız 3-nün dəqiq kəşf edən və kəşf edilən zamanı var. Bunun səbəbi sadədir, yəni digər planetlərin hamısı adi insan gözü ilə asanlıqla görünə bilər.

Üç planetin kəşfi üçün isə ən yaxşı teleskoplara ehtiyac duyulurdu:
1. Uran planeti
1781-ci ildə Sir Uilyam Hersel tərəfindən kəşf edilmişdir. Hersel, ehtimal ki, 18-ci əsrin ən məşhur astronomu idi. Uran planetini kəşf etməklə yanaşı, o, 800-dən çox cüt ulduzu və 2,500 dumanlığı müşahidə edib kataloqlaşdırıb. O, həmçinin Süd Yolu Qalaktikasının spiral quruluşunu düzgün təsvir edən ilk astronom olub.
2. Neptun planeti
Neptun planetini 1846-cı ildə Con Kouç Adams kəşf edib. Adams 24 yaşında Uran planetindən kənarda bir planetar kütlənin mövqeyini əvvəlcədən proqnozlaşdıran ilk şəxs olan ingilis astronom və riyaziyyatçı idi. Lakin Adams öz proqnozunu dərc etməyib və elm ictimaiyyəti tərəfindən onun işinə kredit verilməsi də bir möcüzədir. Alman astronomu Yohann Qotfrid Qalle Neptunun mövcudluğunu fransız riyaziyyatçısı Urbain Jan Jozef Le Verrier-in müstəqil olaraq dərc etdiyi hesablamalar əsasında təsdiqləyib. Bəzən Kouç və Le Verrier birlikdə Neptunun "kəşf edənləri" kimi göstərilir.
3. Pluton planeti
Klayd Tombau 1930-cu ildə Pluton planetini kəşf edib. Uzun müddət idi ki, 9-cu bir planet axtarılırdı. Belə hesab olunurdu ki, Uran və Neptun orbitlərində baş verən qəribə hadisələri izah etmək üçün belə bir planetin mövcud olması vacibdir. Tombaugh Arizona ştatındakı Lowell Rəsədxanasında diqqətli bir səma müşahidəsi aparıb və nəticədə Plutonu kəşf edib. Maraqlı fakt odur ki, Uran və Neptunla bağlı orbit problemləri Neptunun dəqiq kütləsi tənliklərdə istifadə edildikdə yox olur. Bu düzgün kütlə 1989-cu ildə Voyager 2 kosmik gəmisinin Neptunun yanından keçməsi ilə müəyyən edilib. Beləliklə, Tombaugh şanslı idi, çünki o, yanlış bir proqnozun göstərdiyi yerdə planet tapdı.
Mənbə: NASA
Tərcümə etdi: Arzu Qafarova
