O, şübhəsiz ki, dünyanın ən məşhur kuklasıdır. Əslində, hər dəqiqə 100-dən çox sayda satılır. Bəs siz Barbara Millicent Roberts haqqında nə qədər bilirsiniz ?

Barbie kuklası uşaqlar üçün nəzərdə tutulsa da, həmçinin böyüklərin də diqqətini cəlb edib. Onun tarixi 1950-ci illərdə "Lilli" adlı bir cizgi filmi personajından başlayır. Lilli əvvəllər böyüklər üçün zarafat xarakterli kukla kimi istehsal olunsa da, tezliklə uşaqlar arasında populyarlaşdı.
Barbinin yaranması:
Ruth Handler Mattel oyuncaq şirkətinin həmtəsisçisi qızlara ilham verəcək yetkin görünüşlü bir kukla yaratmaq istəyirdi. O, Avropada Lilli kuklasını gördükdən sonra Barbie ideyasını inkişaf etdirib. Barbie-nin ilk dizaynı mühəndis Jack Ryan tərəfindən hazırlanıb və 1959-cu ildə təqdim edilib.
Barbinin inkişafı:
Barbie ilk dəfə model kimi təqdim olunsa da, zamanla 250-dən çox karyeraya sahib oldu. Astronavt, cərrah və hətta hərbi çavuş kimi müxtəlif rollarda təsvir edilib. Barbie tez-tez dövrünü qabaqlayaraq qadınların müxtəlif sahələrdə iştirakını vurğulayıb.
Tənqidlər və dəyişikliklər:
Barbie qeyri-real bədən ölçüləri və müxtəlifliyin olmaması ilə bağlı tənqid olunub. Mattel 2016-cı ildən daha real bədən tiplərinə və inklüzivliyə malik kuklalar təqdim etməyə başlayıb. Müxtəlif etnik qruplardan olan Barbie kuklaları və hətta fiziki məhdudiyyətləri əks etdirən modellər də satışa çıxarılıb.
Ken və Barbie:
Barbie-nin partnyoru Ken 1961-ci ildə yaradıldı, lakin onlar heç vaxt evlənməyiblər. Ken, əsasən, aksesuar kimi qəbul edilib və 2011-ci ildə Barbie ilə yenidən münasibət qurub.
Mədəni təsir:
Barbie moda dünyası və pop mədəniyyəti üçün ilham mənbəyi olub. Məşhur dizaynerlər onun üçün geyimlər yaradıb, o, filmlərdə və incəsənət əsərlərində yer alıb. Barbie, qadınlara ilham verən simvol kimi qalmağa davam edir.
Mənbə: Britannica
Tərcümə etdi: Nigar Muştaqova
