Bu gün:

İqlim dəyişikliyi günü-gündən pisləşir


Yayda daşqın, qışda isə temperatur rekordları qırılıb. Mütəxəssislər bütün bu anormal hava hadisələrinin ən böyük səbəbi kimi iqlim dəyişikliyini qeyd edirlər. Yeni hesabata görə, iqlim dəyişikliyi son 20 ilin ən ölümcül hava fəlakətlərini daha da dağıdıcı edib.

İqlimşünas alim Doktor Friederike Otto deyib ki, təbiət anormallıqlarının əsas səbəbi "iqlim dəyişikliyi"dir.

"Bu araşdırmada biz iqlim dəyişikliyinin rolu haqqında nə deyə biləcəyimizi qiymətləndirmək üçün elmin son 20 ildə mövcud olduğunu nəzərə alaraq ən ölümcül on hadisəyə qayıtmaq istədik. Və bəli, biz bu araşdırmada bunu etdik və gördük ki, iqlim dəyişikliyi bütün bu hadisələrdə rol oynayır və bu hadisələr daha çox ehtimal və daha intensiv xarakter alır."

O, fosil yanacaqlardan istifadənin tamamilə qadağan edilməli olduğuna diqqət çəkib. Ottonun sözlərinə görə, kömür, neft və təbii qaz kimi yanacaqlar atmosferə zərərli qazlar buraxdıqları üçün iqlimə ciddi təsir göstərir.

"Dünya mədən yanacaqlarından istifadəni azaltmalıdır. Nəinki azaltmaq, hətta mədən yanacaqlarından istifadəni dayandırmalıyıq. Amma hazırda bunun üçün nə tarix, nə də proqram var”.

İqlimşünas Otto bildirib ki, isti hava dalğaları dünyada ən ölümcül hadisələrdən biridir.

“Dünyanın hər yerində istilik dalğalarından ölüm faktı qeydə alınmır və çox vaxt istilik dalğaları belə izlənmir. Və məncə, bu, həqiqətən vacib mesajlardan biridir ki, istilik dalğaları dünyadakı ən ölümcül hadisələrindən biridir."

Mənbə: CNN
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et