
Maurizio Cattelanın "Komediyaçı" adlı provokativ instalyasiyası, Nyu Yorkdakı Sotheby's hərracında 6,2 milyon dollara satılıb. Bu, təxminlərdən dörd dəfə yüksək qiymətədir. Çinli kriptovalyuta sahibkarı Castin Sun, digər altı rəqibini qabaqlayaraq əsəri alıb və yaxın vaxtlarda bananı şəxsən yeməyi planlaşdırır.
Əsər ilk dəfə 2019-cu ildə təqdim olundu və qısa müddətdə viral oldu, sənətin nə olduğu barədə mübahisələrə yol açıb.. Bananın təzəliyini qorumaq üçün müvafiq dəyişikliklər edilməsi lazım imiş ;belə ki, instalyasiya iki dəfə yenilənib. 2023-cü ildə Seulda təqdim edilən əsər, bir sənət tələbəsi tərəfindən dəyişdirilib.
Castin Sun, Tron blokçeyn şəbəkəsinin rəhbəridir, lakin ötən il ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası onu fırıldaqçılıqda ittiham edib. Sun bu ittihamları rədd edir.
Mənbə: BBC
Tərcümə edən: Fatimə Cabbarlı
