Asiya ölkəsi Filippinin paytaxtı Manila şəhərində yanğın baş verib. Təxminən 2 min evin yerləşdiyi ərazidə min ev külə dönüb. Alovlara həm dənizdən, həm də havadan müdaxilə edilib. Alovlar yüksəlib, qalxan qara tüstü göy üzünü bürüyüb.
Asiya ölkəsi Filippinin paytaxtı Manila şəhərindəki bir yaşayış yeri külə dönüb. Yanğına həm dənizdən qayıqlarla, həm də havadan helikopterlərlə müdaxilə edilib. Evləri alovlar içində qalan filippinlilər əllərinə keçəni xilas etməyə çalışıblar. Bölgə sakinləri qoruyub saxlaya bildikləri əşyaları alovların çatmayacağı təhlükəsiz yerlərə aparıblar. Rəsmilər yanğının sürətlə yayılmasının səbəbini evlərin yüngül konstruksiyalı və bir-birinə bitişik şəkildə tikilməsi ilə izah edib. Yanğında insan tələfatı qeydə alınmayıb. Yanğının səbəbi isə hələ də araşdırılır.
Mənbə: CNN TÜRK
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
