
Trendyol Super Liqasının 13cü həftəsində "Fənərbaxça" səfərdə "Kayserispor"la qarşılaşıb. Qarşılaşmada 6-2 hesabı ilə qalib gələn sarı-göylülər xallarını 29-a yüksəldib.
“Fənərbaxça”ya qələbə qazandıran qolları 7ci dəqiqədə penaltidən Duşan Tadiç, 15ci və 26cı dəqiqələrdə Oğuz Aydın, 63cü dəqiqədə Yussef En-Nesyri, 85ci dəqiqədə Filip Kostiç və 88ci dəqiqədə Sebastyan Şimanski vurub.
“Kayserispor”un qollarını isə 43cü dəqiqədə Aleksandr Djikunu öz qapısına və 56cı dəqiqədə Kolovetsios vurub.
Bu nəticə ilə "Fənərbaxça" xallarını 29-a yüksəldib, "Kayserispor" isə 12 xalda qalıb.
Fənərbaxça gələn həftə liqada Qaziantep FK-nı qəbul edəcək. “Kayserispor” səfərdə “Çaykur Rizəspor”la qarşılaşacaq
Mənbə: NTV spor
Tərcümə etdi: İbrahim Çobanlı
