Bu gün:

İsrailin Qəzzaya hücumu nəticəsində həlak olanlar var


İsrail ordusunun Qəzza zolağının müxtəlif yerlərində fələstinlilərin evlərinə və köçkünlərin çadırlarına təşkil etdiyi hücumlarda 17 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb. Qəzza şəhərindəki Ehli Baptist Xəstəxanası, İsrail ordusunun şəhərin Şucaiyye rayonunda bir evə təşkil etdiyi bombardmanın ardından, 8 ölü və çox sayda yaralı xəstəxanaya çatdırıldı. İsrail ordusu Qəzza zolağının şimalında Beyt Lahiyadakı Kemal Advan xəstəxanasını növbəti dəfə vurub.

Kamal Advan Xəstəxanasına edilən hücumda 7 səhiyyə işçisi yaralanıb. Kamal Advan Xəstəxanasının direktoru Husam Abu Safiyye mətbuata açıqlamasında İsrail ordusunun xəstəxanaya hücum etdiyini bildirib.

Xəstəxanaya edilən hücumda 2-si ağır olmaqla 7 tibb işçisinin yaralandığını qeyd edən Əbu Səfiyə: “İşğal qüvvələrinə aid pilotsuz uçuş aparatları (PUA) xəstəxanadakı qəbul bölməsinə və oksigen bölməsinə hücum edərək əməkdaşlarımızı hədəf aldı”, dedi. 

Əbu Səfiyə İsrail ordusunun xəstəxana bağçasındakı elektrik generatorunu PUA ilə bombaladığını və İsrailin davam edən mühasirəsinin kölgəsində bu dağıntının təmir edilməsinin mümkün olmadığını bildirib.

Şahidlərin sözlərinə görə, İsrail qüvvələri Beyt Lahiyadakı fələstinlilərin evlərini yandırıb, döyüş təyyarələri isə Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə hava zərbələri endirib, İsrail Qəzzanın cənubundakı Mevasidəki çadırı vurub. Digər tərəfdən, Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinin şimalında fələstinli "Əl-Hur" ailəsinə məxsus evi hədəf alan İsrail hava hücumunda 5 nəfər ölüb, çox sayda yaralı var.

İsrail helikopterləri Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələhdə fələstinli "Əbu Səmra" ailəsinin evini bombalayıb. Hücum nəticəsində 2 nəfər ölüb, çox sayda insan yaralanıb. Hücum zamanı fələstinli qadın və qızı həlak olub.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et