
Nəqliyyat Departamenti Kent Şəhristanı Şurasına (KCC) elektrikli avtomobillərin (EV) doldurma məntəqələrinin sayını artırmaq üçün 12 milyon funt sterlinqdən çox qrant ayırıb. Bu maliyyə, mahalda EV-lərin şarj infrastrukturu şəbəkəsinin genişləndirilməsinə kömək edəcək.
Şura bildirir ki, növbəti 10 il ərzində minlərlə küçəyə elektrikli avtomobillər üçün şarj yuvaları yerləşdiriləcək. Bu təşəbbüs, enerji doldurma infrastrukturu ilə bağlı problemləri həll edərək, EV sahibləri üçün daha əlçatan və səmərəli bir sistem qurmağı hədəfləyir.
KCC-nin ətraf mühit üzrə üzvü Rob Thomas qeyd edib:
"EV doldurma məntəqələrini əlçatan etmək, daha çox insanı elektrikli avtomobilləri seçməyə təşviq edəcək. Bu, həm havanın keyfiyyətinin yaxşılaşdırılmasına, həm də ətraf mühitin qorunmasına müsbət təsir göstərəcək".
Şura sakinləri şarj nöqtələrinin yerləşməsi ilə bağlı fikir bildirməyə dəvət edir. KCC-nin avtomobil yolları və nəqliyyat üzrə üzvü Neil Baker isə bildirib ki, elektrik enerjisi ilə təmin olunmayan evlərdə yaşayan sakinlər üçün etibarlı və əlçatan ictimai şarj məntəqələri vacibdir:
"Rayonda elektrikli avtomobillərin artan sayını nəzərə alsaq, bu infrastruktur mühüm əhəmiyyət daşıyır".
Bu proqramın həyata keçirilməsinə 2025-ci ildən başlanacaq. Növbəti aylarda Kent Şurası, şarj məntəqələrinin quraşdırılması və idarə edilməsi üçün operator tərəfdaşını seçəcək.
Mənbə: CNN
Tərcümə etdi: Leila Musaevi
