Gələn yay İngiltərə və Uelsdə gəzəcək ilk lüks yuxu qatarı , Britannic Explorer, 2025-ci ilin iyul ayında yola çıxacaq. Bu qatar Belmond şirkətinə məxsusdur və özündə 18 kabinəni birləşdirir , bunlardan 3-ü böyük suitlər , 15-i isə standart suitlərdən ibarətdir. İçərisi Britaniyanın dəmiryollarında əvvəllər görünməyən zərif və möhtəşəm dizaynla bəzədilib. Dizayn İngiltərənin kənd evləri və bağlarından ilham alaraq sakitləşdirici yaşıl və krem rəngləri ilə tərtib olunub.
Qatarın qiymətləri üç gecəlik səyahət üçün £11,000-dan başlayır. Bu qiymət ekskursiyalar, yeməklər, şərab və alkoqollu içkiləri əhatə edir. Yemək vagonları mükafatlı aşpaz Simon Rogan tərəfindən idarə olunur və ingilis çiçəkləri ilə bəzədilmişdir. Səyahətçilər həmçinin Wellness Suite-dən istifadə edərək dinclik və sakitlik əldə edə bilərlər. Bu təcrübə xüsusi müştərilər üçün yalnız lüks deyil , həm də cəmiyyətə yönəlmiş, unudulmaz bir səyahət təklifi təqdim edəcək.
Mənbə: CNN NEWS
Tərcümə etdi:Xavər Məmmədli
