Bu gün:

ABŞ talan edilən antik əşyaları Hindistana qaytarır


ABŞ Cənubi və Cənub-Şərqi Asiya ölkələrindən oğurlanan sənət əsərlərinin repatriasiyası üçün davam edən təşəbbüsün bir hissəsi olaraq, Hindistana 10 milyon dollar dəyərində 1400-dən çox talan edilən artefaktı geri qaytarıb.

Müsadirə edilən mallar arasında yaxın vaxtlara qədər Nyu York Metropoliten İncəsənət Muzeyində olan əşyalar da var. Onların arasında qeyri-qanuni olaraq Met-in himayədarlarından birinə satılmadan və muzeyə bağışlanmadan əvvəl Hindistanın mərkəzindən Londona qaçaqmalçılıq yolu ilə gətirilən səmavi rəqqasənin qumdaşı heykəli var.

Repatriasiyalar məhkum edilmiş sənət alverçiləri Nensi Viner və Nyu-Yorkda çoxmilyonluq talan şəbəkəsini idarə etdiyinə görə 10 il həbs cəzasına məhkum edilmiş Amerika antikvar satıcısı Subaş Kapur tərəfindən idarə olunub. 

Kapur 2011-ci ildə Almaniyada həbs edildikdən sonra Hindistanın Tamil Nadu əyalətində ittihamlarla üzləşmək üçün göndərilib. 

Federal Daxili Təhlükəsizlik Təhqiqatının Nyu-Yorkdakı xüsusi agenti Uilyam Uoker mətbuata açıqlamasında "Bugünkü repatriasiya tarixin ən məhsuldar cinayətkarlarından biri tərəfindən alver edilən qədim əşyalarla bağlı çoxillik beynəlxalq araşdırmada daha bir qələbədir",-deyib.

Əşyalar çərşənbə günü Nyu Yorkdakı Hindistan konsulluğunda keçirilən mərasimdə rəsmi olaraq geri qaytarılıb.

İyul ayında ABŞ və Hindistan qeyri-qanuni ticarətin qarşısını almaq və oğurlanmış antik əşyaların Hindistana geri qaytarılması prosesini asanlaşdırmaqla mədəni sərvətlərin qorunmasına dair saziş imzalayıblar.

Mənbə: CNN

Tərcümə etdi: Leila Musaevi 

Paylaş
Şərh əlavə et