Çində robototexnika şirkətinin salonunda baş verən maraqlı hadisə sosial mediada böyük əks-səda yaradıb. Təhlükəsizlik kameralarına düşən görüntülərdə kiçik bir robotun gecə saatlarında salona girdiyini və 12 böyük ölçülü robotu qaçırdığını görürük.

Kadrlarda kiçik robot böyük robotlara bu sualı verir: "İş vaxtından artıq işləyirsən?"
Böyük robotlardan biri cavab verir: "Mənim işim heç bir zaman bitmir."
- Onda evə getmirsən?
“Mənim evim yoxdur”
"Onda mənimlə gəl" deyir və balaca robot onları çölə aparır.
İki böyük robot əvvəlcə kiçik robotu izlədiyi halda, digər 10 robot kiçik robotun “Evə get” əmri ilə salondan ayrılır.
Hadisənin reallığı sosial mediada mübahisələr yaratsa da, noyabrın 11-də Hançjouda yerləşən robototexnika şirkəti kiçik robotun öz modeli olduğunu və “qaçırma” hadisəsinin idarə olunan sınaq çərçivəsində həyata keçirildiyini açıqlayıb.
Şirkət Şanxaydakı istehsalçı ilə əməkdaşlıq edərək sərgi salonuna daxil olmaq üçün icazə aldıqlarını və süni intellektlə dəstəklənən robotlarına digər robotları “inandırmaq” tapşırığını verdiklərini bildirib. Şirkət rəsmiləri, "Heç bir şey saxta deyildi. Robotumuz həqiqətən buna nail oldu",- deyib.
Şanxay şirkəti kiçik robotun salondakı daha böyük robotların daxili protokollarına çıxış əldə etdiyini və bunun "demək olar ki, qeyri-mümkün" olduğunu bildirib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
