Bu gün:

NASA-nın Uran planetinə yeganə səfəri nadir bir kosmik hadisə zamanı baş tutub


Kosmik elmin ən böyük suallarının cavabları — qaradəlikdə nə baş verir, qalaksiyalar necə formalaşır və ya qaranlıq maddə nədir? — kainatın uzaq künclərində gizlidir. Bununla belə, alimlərin hələ də günəş sistemimiz, yəni bizim kosmik qonşuluğumuz haqqında bilmədikləri çox şey var. Bu həftə tədqiqatçılar Uran planetinin, yeddinci planetin və ayın uzaq tərəfi ilə bağlı maraqlı yeni tapıntıları paylaşdılar. Uranus haqqında məlum olanlar düzgün olmaya bilər. 1986-cı ildə Voyager 2 kosmik gəmisinin keçidində baş verən qeyri-adi kosmik hadisə, alimlərin buz nəhəngi Uranı necə xarakterizə etdiklərini səhv yönləndirə bilər, yeni araşdırmalar göstərir. Xüsusilə, kosmik gəminin Uranın qoruyucu maqnetosferini müşahidə etməsi astronomların gözləntilərindən kəskin şəkildə fərqlənirdi.


Yeni araşdırma göstərib ki, Voyager 2 ölçmələrini edərkən, güclü Günəş küləyi vaxtın 4%-ində baş verən şərait yaradıb, deyə NASA-nın Pasadena, Kaliforniyadakı Jet Propulsion Laboratoriyasının kosmik plazma fizikası üzrə mütəxəssisi Jamie Jasinski bildirib. Qeyri-adi şərait, tədqiqatçıların topladığı məlumatları ehtimal ki, distortasiya edib.


Şükürlər olsun ki, gələcəkdə Uranı öyrənmək üçün xüsusi bir missiya göndərmək NASA üçün prioritetdir.


Mənbə :CNN news

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et