
Cənubi Koreyada Dongduk Qadın Universitetində yüzlərlə tələbə universitetlərinin birgə təhsil müəssisəsinə çevrilməsinə etiraz etmək üçün toplaşıb.
Dongduk Qadın Universitetinin əsas binası qarşısında toplaşan 200-ə yaxın qız tələbə əllərində universitetin birgə təhsil müəssisəsi olması ilə bağlı müzakirələri dayandırmağa çağıran lövhələr tutublar. Universitetin tələbə şurası və feminist tələbə klubunun da daxil olduğu fövqəladə hallar komitəsi qurulub. Bu komitə dərslərin boykotunu təşkil edir.
Etiraz əlaməti olaraq universitetin əsas binasının qarşısına yüzlərlə Dongduk Qadın Universitetinin gödəkçələri yerə sərilib və tələbələrə dəstək nümayişi olaraq 400-ə yaxın məzun diplomu çap edilib və yerə yapışdırılıb.
Mənbə: koreajoongangdaily.joins.com
Tərcümə etdi: Fatimə Kərimli
