Anesteziya dərmanların kombinasiyasından istifadə etməklə yuxuya bənzər bir vəziyyət yaradır. Anesteziya kimi tanınan dərmanlar əməliyyatdan əvvəl və ya digər tibbi prosedurlar zamanı verilir. Ümumi anesteziya adətən venadaxili dərmanlar və inhalyasiya edilmiş qazların birləşməsidir.
İnsan özünü yatmış kimi hiss edir. Ancaq ümumi anesteziya sizi yuxuya verməkdən daha çox şey edir. Ümumi anesteziya altında olarkən ağrı hiss etmirsiniz. Bunun səbəbi beyninizin ağrı siqnallarına və ya reflekslərə cavab verməməsidir.
Anestezioloq anesteziya sahəsində ixtisaslaşmış həkimdir. Bir çox xəstəxanalarda bir anestezioloq və tibb bacısı prosedurunuz zamanı bir komanda kimi birlikdə işləyir. Siz anesteziya altında olduğunuz müddətdə bu qrup sizi, bədəninizin həyati funksiyalarını izləyir, nəfəsinizi idarə edir və prosedurla bağlı ağrıları müalicə edir.
Risklər:
Ümumi anesteziya çox təhlükəsizdir. Fəsadları yaşamaq riskiniz keçirdiyiniz prosedurun növü və ümumi fiziki sağlamlığınızla daha sıx bağlıdır. Əməliyyatdan sonra pnevmoniya, insult və ya infarkt riski də yüksəkdir. Bu, daha geniş prosedurlardan keçildiyi təqdirdə, xüsusilə, doğrudur.
Əməliyyat zamanı ağırlaşma riskinizi artıra bilən şərtlərə aşağıdakılar daxildir:
1. Siqaret çəkmək
2. Köklük
3. Hipertoniya
4. Diabet
5. İnsult
6. Ürəyi, ağciyərləri, böyrəkləri və ya qaraciyəri əhatə edən digər tibbi şərtlər
7. Qanaxmanı artıra bilən dərmanlar
8. Ağır alkoqol və ya narkotik istifadəsi
9. Dərmanlara allergiya
Əməliyyat başa çatdıqda, anestezioloq anestezik dərmanları dayandırır. Əməliyyat otağında yavaş-yavaş oyanacaqsınız. İlk dəfə oyandığınız zaman, yəqin ki, özünüzü halsız və bir az çaşqın hiss edəcəksiniz.
Yan təsirlərlə qarşılaşa bilərsiniz, məsələn:
1. Yuxusuzluq
2. Bulantı və ya qusma
3. Quru ağız
4. Boğaz ağrısı
5. Səs batması
6. Titrəmə
7. Qaşınma
8. Bulanıq görmə
9. Başgicəllənmə
10. Əzələ ağrıları
Mənbə: MayoClinic
Tərcümə etdi: Aysu Əsgərzadə
