Bu gün:

Pol gərgin yarışmada 58 yaşlı Taysonu məğlub edib


"Youtube"rə çevrilmiş boksçu Ceyk Pol Texasda 70000  azarkeş qarşısında yorucu xallar qazanaraq ikiqat ağır çəkidə çempion Mayk Taysonun boks irsinə daimi ləkə qoyub və milyonlarla insanlar "Netflix"in aparıcı yayım kanalında mübahisəli döyüşü izləyib.

27 yaşlı Pol boksla məşğul olsa da, çox gənc və çox atletikdir. O, iki dəqiqəlik raunddan ibarət səkkiz raundluq yarışda Taysonu məsafədə saxlayıb, eniş zərbələri və dəqiq zərbələr endirib.

Tayson yavaş və ləng hərəkət edib. Döyüşdən əvvəl o, qəhrəman ləqəbi alıb, lakin döyüş sona yaxınlaşdıqca böyük təbəssümlər olub.

Hakimlərin 80-72, 79-73 və 79-73 xalları açıqlamazdan öncə bəzi azarkeşlər oradan ayrılıb.

Tayson, Ceyk Pola uduzduqdan sonra yenidən döyüşə hazır olduğunu bildirib və onun qardaşı Loqan Pola qarşı döyüş təklif edib. 


Mənbə: BBC News

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et