Bu gün:

Kaliforniyada saxta tibb bacısı ifşa edilib


Bir ay ərzində özünü tibb bacısı kimi təqdim edən və Kaliforniyada bir neçə xəstəxanada işləyən, təxminən 60 xəstəyə qulluq edən 44 yaşlı Amanda Leanne Porter polis tərəfindən Providencedə St. Joseph tibb mərkəzində özünü tibb bacısı kimi təqdim etdiyi aşkar edildikdən sonra tutulub.


Xəstəxana fırıldaqçını işdən çıxarıb onun hərəkətləri barədə səlahiyyətlilərə məlumat verdikdən sonra Los-Anceles Dairə Prokurorluğu Porteri üç cinayətdə ittiham edib: şəxsiyyət oğurluğu, cinayət təqibi və böyük oğurluq.


Müstəntiqlər Cənubi Kaliforniyada oxşar hadisələrlə bağlı məlumatı olan hər kəsi yerli hüquq-mühafizə orqanlarına və ya Burbank Polis Departamentinə zəng etməyə çağırıb.


Mənbə: nypost.com

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et