Bu gün:

Yeni Zellandiya parlamentində deputatların “Mübahisəli Qanun “ layihəsinə rəqs etirazı



Yeni Zellandiya parlamenti maraqlı anların şahidi olub. Maori əsilli üzvlər Britaniya və yerli Maorilər arasında 184 illik müqavilənin yenidən şərhini ehtiva edən mübahisəli qanun layihəsinə etiraz etmək üçün Haka rəqsi etdilər.


Yerlilərin hüquqlarını müdafiə edən müxalifətdəki Te Pati Maori Partiyasından olan millət vəkili Hana-Rawhiti Maipi-Clarkepartiyasının qanun layihəsini dəstəkləyib-dəstəkləmədiyini soruşduqda Haka rəqsinə başlayıb .Qanun layihəsinə qarşı çıxan deputatlar Haka rəqsi edərək səsvermənin qarşısını alarkən, parlamentin iclası dayandırılıb.


Qanun layihəsini təqdim edən hakim sağ mərkəzçi koalisiyada olan ACT Yeni Zellandiya Partiyası bildirir ki, 1840-cı ildə Britaniya tacı ilə Maori yerli xalqı arasında imzalanan Waitangi müqaviləsi irqi bölünməyə səbəb olub.


Partiya iddia edir ki, sözügedən qanun layihəsi parlament vasitəsilə müqavilənin daha ədalətli şərhinə imkan verəcək heç bir qanun və ya məhkəmənin müqavilənin prinsiplərinin dəqiq tərifini təyin etmədiyini və bunun bölünməyə səbəb olduğunu bildirir. Bununla belə, bir çox Maori və onların tərəfdarları qeyd edirlər ki, sözügedən qanun layihəsi “yerli əhalinin hüquqlarına zərər verəcək”. Maori xalqı 5,3 milyonluq ölkə əhalisinin təxminən 20 faizini təşkil edir.


Mənbə:A haber

Tərcümə etdi:Səma İsmayılova

Paylaş
Şərh əlavə et