McDonald's-ın Quarter Pounder hamburgerləri ilə əlaqəli "E.coli" epidemiyasının səbəb olduğu yoluxma halları 104-ə çatıb, əvvəlki hesabata görə isə bu rəqəm 90 idi.

Səhiyyə rəsmiləri çərşənbə günü verdikləri məlumatda artıq qida təhlükəsizliyi ilə bağlı narahatlıq olmadığını və McDonald's-ın təsirlənmiş yerlərdə Quarter Pounder-ləri yenidən satışa təqdim etdiyini bildirib.
Epidemiya bu ilin sentyabr ayında bəyan edilsə də, bəzi hallar sentyabra təsadüf edib. CDC və McDonald's, epidemiyanın ehtimal olunan səbəbi olaraq Quarter Pounder-lərdəki doğranmış soğanları göstərib. McDonald's, bu soğanları Kaliforniyada yerləşən Taylor Farms şirkətinin təmin etdiyini və şirkətin oktyabrın 22-də soğanları geri qaytardığını açıqlayıb.
Epidemiya nəticəsində 34 nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfər ciddi böyrək problemləri yaşayıb, 1 nəfər isə həyatını itirib. 14 ştat epidemiyadan təsirlənib, ən çox yoluxma Kolorado ştatında (30 hal) qeydə alınıb.
Test nəticələrinə əsasən, geri göndərilən soğanlardan bir nümunə "E.coli" ilə müsbət nəticə verib, lakin bu, epidemiyaya səbəb olan O157:H7 ştammı ilə uyğunlaşmayıb. Əksər hallarda "E.coli" infeksiyasından əziyyət çəkənlər müalicəsiz sağalır, lakin daha ciddi hallarda böyrək çatışmazlığı kimi problemlər yarana biləcəyi qeyd olunub.
McDonald's, qida təhlükəsizliyinə ciddi yanaşdığını və düzgün olanı etməyə davam edəcəklərini bildirib.
Mənbə: NBC NEWS
Tərcümə etdi: Xavər Məmmədli
