Bu gün:

Monako Formulaya ev sahibliyi etməyə davam edəcək


Monako yeni altı illik müqavilə ilə 2031-ci ilə qədər "Formula 1" yarışlarına ev sahibliyi etməyi uzadıb. 1955-ci ildən bəri keçirilən Monako Qran Prisi, yalnız 2020-ci ildə COVID səbəbiylə bir dəfə təxirə salınıb. Yarışın prestijli və ikonik olmasına baxmayaraq, son illərdə televiziya yayımı və reklam tələblərinə uyğunlaşması üçün təzyiqlərlə üzləşmişdi. Nəticədə, təşkilatçılar bu tələblərə uyğunlaşıb və Monako Qran Prisinin təqvimdəki yeri qorunub.

Dar küçələrdə müasir F1 avtomobillərinin yarışı üçün ötmə çətinliyi və uyğunluq sualları olsa da, dövrədə dəyişiklik etmək çətin olduğu üçün heç bir dəyişiklik nəzərdə tutulmayıb. Yeni müqaviləyə əsasən, yarış 2026-cı ildən iyunun ilk həftəsonuna keçiriləcək. "Formula 1" bu tarix dəyişikliyi ilə bağlı açıqlama verməsə də, Kanada Qran Prisinin iyunun əvvəlinə keçməsi səbəbi ilə Monakonun tarixinin dəyişdirilməsi qərarı verilib.


Mənbə: BBC News

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et