Dünyanın ilk süni intellekt xəstəxanasında 14 "süni intellekt həkimləri" işə başlayıb.
Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası demək olar ki, bu fikri dəstəkləyir. Tsinghua Universitetinin tədqiqatçıları tərəfindən yaradılan bu xəstəxanada süni intellektin istehsal etdiyi 14 həkim işə başlayıb. 4 virtual tibb bacısı da bu həkimlərə kömək edəcək.
The Street Journal-da çıxan xəbərə görə, insan həkimlər ən azı 2 il müddətində 10 min xəstəni müalicə edə bilir, süni intellektli həkimlər isə bunu bir neçə gündə edir.
Dünya əhalisinin qocalması və səhiyyə xidmətlərinə tələbatın artması ilə bu sahəyə yeni investisiyalara ehtiyac var. Süni intellekt xəstəxanasının yaradılmasında məqsəd tibb işçiləri üzərindəki təzyiqləri aradan qaldırmaq və səhiyyə sahəsində inqilab yaratmaq kimi elan edilib.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
