
Elon Musk Tesla Semi yük maşınlarının yalnız ABŞ-də deyil, dünya bazarında da satışa çıxarılacağını açıqlayıb. Electrekin məlumatına görə, Tesla Seminin Avropada istehsalı 2024-cü ilin əvvəlində başlayacaq. Seminin Avropa tələblərinə uyğun versiyası, sentyabr ayında Almaniyada keçirilən IAA Nəqliyyat konfransında təqdim edilib. Tesla, Nevada Gigafactorynin yanında yeni bir istehsal zavodu tikir və gələn ildən etibarən hər il 50,000 yük maşını istehsal etməyi planlaşdırır.
Yük daşıma sektoru iqtisadiyyatın mühüm bir hissəsidir və nəqliyyat sektorunun karbon emissiyalarının 25%-nə səbəb olur. Tesla Semi elektrikli yük maşınları, bu emissiyaları azaltmaqla yanaşı, səs-küyü də minimuma endirir, havanın keyfiyyətini yaxşılaşdırır. 500 mil məsafə qət edə bilən Tesla Semi, 30 dəqiqədə 70% dolum qabiliyyətinə malikdir. Elektrikli Tesla avtomobilləri, həm də daha aşağı xərclərlə işlədiyi üçün iqtisadi cəhətdən də sərfəlidir.
Tesla yük daşıma sektorunda daha təmiz və qənaətli həllər təqdim etməyi hədəfləyir.
Mənbə: Opera News
Tərcümə etdi: Fatimə Cabbarlı
