
İspaniya mətbuatı Kataloniyanın Girona əyalətində yeni daşqınların baş verdiyini yazıb. Ölənlər barədə məlumat verilməsə də, yerli jurnalistin yerləşdirdiyi videoda şəhərin küçələri ilə axan su axını və içərisində ən azı 30 avtomobilin üzdüyü görünür.
Bir neçə həftədir ki, daşqınlar İspaniyanı qorxudur. Bu daşqınlardan ən çox Valensiya əyaləti zərər çəkib. Orada 200-dən çox insan ölüb, yüzlərlə ev dağılıb və infrastruktura on milyonlarla avro ziyan dəyib.
İspanlar, ölkə hakimiyyətini fövqəladə vəziyyətlə bağlı əhalini vaxtında xəbərdar etməməkdə, eləcə də tüğyan edən fəlakətin geniş miqyaslı nəticələrində günahlandırırlar.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Kərimli
