Miqren eynəklərində miqrenləri artıran işıqları xüsusi olaraq süzən rəngli linzalar var. Baş ağrısı və ya miqren simptomlarından dərhal xilas ola bilər və müntəzəm istifadə ilə zamanla simptomları azalda bilər, xüsusilə xroniki miqren keçirən birisinizsə.

Günəş eynəklərindən fərqli olaraq, miqren eynəkləri yalnız parlaqlığı azaltmır. Günəş eynəkləri əsasən UV şüalarının qarşısını alır və ümumi parlaqlığı azaldır. Miqren eynəkləri miqren qıcıqlandırıcısı kimi tanınan işıq dalğa uzunluqlarını hədəf alır və süzür. Miqren eynəkləri günəş eynəyi qədər qaranlıq olmadığı üçün qapalı məkanlarda da istifadə edilə bilər. Həmçinin, ekranlardan gələn göz yorğunluğunu azaltmaq üçün nəzərdə tutulmuş mavi işıqlı eynəklərdən fərqli olaraq, miqren eynəkləri flüoresanlardan və günəşdən potensial diqqəti yayındıran işığın qarşısını almaq üçün nəzərdə tutulub.
Mənbə: Haberturk
Tərcümə etdi: Gülçin Abdullayeva
