Bu gün:

Siam və ya yapışıq əkizlər nə deməkdir?


Birləşmiş əkizlər bir-birinə fiziki olaraq bağlı olan əkizlərdir. Taylanddan (keçmiş Siam) Chang və Eng Bunker adlı məşhur cütlüyə istinad edərək onları bəzən Siam əkizləri adlandırırlar. Bu çox nadir haldır və hamiləlik, doğuş zamanı, körpələr doğulduqdan sonra bir çox fəsadlarla müşayiət olunur.

Bu hal erkən embrion iki fərd meydana gətirmək üçün yalnız qismən ayrıldıqda və ya heç ayrılmadıqda baş verir. Birləşmiş əkizlər bir və ya daha çox daxili bədən orqanını paylaşa bilirlər.

Bir çox birləşmiş əkizlər ölü doğulur və ya doğuşdan qısa müddət sonra ölsələr də, cərrahiyyə və texnologiyadakı irəliləyişlər sağ qalma nisbətlərini artırır. Sağ qalan bəzi bitişik əkizlər cərrahi yolla ayrıla bilər. Əməliyyatın müvəffəqiyyəti isə əkizlərin harada birləşdirildiyinə, neçə və hansı orqanların paylaşıldığına bağlıdır. Ürək kimi həyati vacib orqanları paylaşan əkizlər üçün cərrahiyyə bir seçim deyil. Həkimlər adətən birləşmiş əkizləri ayırmağa qərar vermək üçün üç aydan bir ilə qədər gözləyirlər. Bu, əkizlərə əməliyyat üçün kifayət qədər güclənmək və əməliyyatdan əvvəl əkizlərin bədənlərini anlamaq üçün vaxt verməkdir.

Bəzi hallarda, birləşmiş əkizlər təcili ayrılma əməliyyatına ehtiyac duyurlar. Bir əkiz ölürsə və ya həyati təhlükəsi olan bir tibbi hadisə baş verərsə, əməliyyat digər əkizin həyatını xilas edə bilər.

Birləşmə nahiyələrinə görə bu tip bağlanmalar mövcuddur:

Sinə:

Əkizlər bir-birinə baxır və qabırğa nahiyəsində birləşirlər. Onlar adətən tək ürəyi paylaşırlar və eyni zamanda, qaraciyəri də paylaşa bilərlər. Onların dörd qolu və dörd ayağı var.

Qarın:

Əkizlər bir-birinə üz tutur və göy sümüyünün altında birləşirlər. Qaraciyəri, safra kanalını və yuxarı həzm sistemini paylaşa bilərlər. Adətən dörd qol və dörd ayaq olur.

Bel:

Əkizlər ardıcıldır və cinsiyyət orqanlarını, sidik yollarını, aşağı həzm sistemini və bədənin aşağı hissəsinin sümüklərini və sinirlərini paylaşa bilər. Onların iki və ya üç ayağı ola bilər.

Çanaq:

Qaraciyər və öd yollarını, yuxarı və bütün aşağı həzm sisteminin hissələrini, cinsiyyət və sidik sistemlərini paylaşa bilərlər. Onların iki və ya üç ayağı ola bilər.

Baş:

Əkizlər kəllənin yuxarı hissəsinə yapışdırılır. Onların beyinləri hər zaman olmasa da əsasən əlaqəlidir.

Mənbə: WebMD

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et