Bu gün:

İlan zəhərinin faydaları


İlan zəhəri ölümcül olsa da, düzgün istifadə edildikdə sağlamlığa əhəmiyyətli faydalar verə bilər. Elmi araşdırmalar zəhərin müxtəlif xəstəliklər üçün müalicəvi potensiala malik olduğunu da üzə çıxarır.

Dünyada təxminən 3900 müxtəlif ilan növü var. Onlardan 600-ü zəhərli olduğu halda, yalnız 200-ü insanlar üçün təhlükə yaradır.

İlanlardan alınan zəhərin sağlamlıq sahəsində istifadə olunduğu yerlər az deyil. Xüsusilə bəzi ilan zəhərləri xərçəng və hipertoniya kimi xroniki xəstəliklərin müalicəsində istifadə edilə bilər.

İlan zəhərindən əldə edilən bəzi zülallar və fermentlər xərçəng hüceyrələrinin böyüməsini dayandırmasıyla yanaşı, bu hüceyrələrin ölümünə səbəb ola bilər. Bu baxımdan, ilan zəhərinin gələcəkdə təsirli xərçəng dərmanlarının inkişafına töhfə verə biləcəyi düşünülür.

İlan zəhəri antidot istehsalında da mühüm rol oynayır. Hər il dünyada təxminən 100.000 insan ilan sancması nəticəsində ölür, bu da zəhərə qarşı istehsalı həyati bir məsələyə çevirir.

İlan zəhərinin bəzi komponentləri düzgün istifadə edildikdə ölümcül dişləmələrin təsirini geri qaytara bilər. Bu mövzuda bəzi araşdırmalar ilan zəhərindəki bəzi maddələrin kemoterapi kimi müalicə proseslərində istifadə edilən dərmanları dəstəkləyə biləcəyini göstərir.

Nəticədə, ilan zəhəri təkcə antidot vasitəsi kimi deyil, həm də müasir tibbdə perspektivli tədqiqat obyektidir. Əslində, elm adamları ilan zəhərindəki müxtəlif toksinlərin müxtəlif xəstəliklərin müalicəsində istifadə olunma ehtimalını araşdırmaqda davam edirlər.

Mənbə: Onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et