Çoxumuz toyuqların uçmaq əvəzinə qısa məsafələrə tullandığını müşahidə etmişik. Bəs niyə uçmurlar? Əslində, bu sualın çox maraqlı və elmi cavabı var.
Toyuqların zahirən kiçik qanadları və böyük bədənləri olduğuna görə quşlar arasında uçmaq qabiliyyəti yoxdur kimi görünür. Bu vəziyyətin səbəbi təkcə anatomik deyil, insanın da rolu var. Bəs necə?
Gallus və ya bildiyimiz kimi tağ quşu Cənub-Şərqi Asiya və Hindistanın şimalında yaşayan vəhşi quş növüdür və müasir toyuğun əcdadı və ya ən yaxın qohumu hesab olunur. Tağ quşu qısa məsafələrə uçmağı bacarır. Lakin müasir toyuqlar bu qabiliyyəti böyük ölçüdə itiriblər. Bunun səbəbi insanlar tərəfindən selektiv yetişdirilməkdir.
Bioloq Maykl Həbibin sözlərinə görə, toyuqların uçma qabiliyyəti, əsasən insanlar tərəfindən şəkillənib. Selektiv yetişdirmə toyuqların böyük döş əzələlərinə (ağ ət) sahib olmasına səbəb olmuşdur. Amma bu iri əzələlər insanlara dadlı olsa da, onların uçma qabiliyyətinə mane olur.
Uçmaq üçün quşların düzgün bədən kütləsi və qanad sahəsi nisbətdə olmalıdır. Ancaq toyuqların ağır bədənləri və kiçik qanadları nisbəti saxlamalarını qeyri-mümkün edir.
Mənbə: Onedio
Tərcümə etdi: Selcan İbişli
