Bu gün:

Qorxmaz arxeoloqun unudulmuş şücaəti


Xalid əl-Əsəd suriyalı arxeoloq və qədim Palmira şəhərində antik əşyalar şöbəsinin müdiri olub.


Terrorçular şəhəri ələ keçirəndə Xalid işçilərinin getməsinə kömək edib, sözün əsl mənasında qiymətli zinət əşyalarını onlarınciblərinə səpib. Arxeoloqun özü qalıb və eksponatların harada itdiyini öyrənmək üçün həftələrlə işgəncəyə məruz qaldı, lakin Xalid təslim olmayıb.


Nəhayət, başa düşdülər ki, bu adam heç vaxt sınmayacaq, ona görə də terrorçular onu şəhər meydanına sürükləyərək xalqın gözü qarşısında başını kəsiblər. Arxeoloq həmkarları ilə son söhbətlərinin birində "Palmiranın qədim irsi uğrunda ölməyə dəyər bir səbəb olduğunu" söylədi


Mənbə:BBC news

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et