
Qəzəb hissi insanlar üçün pis kimi qəbul edilsə də, məqsədlərə çatmaqda köməkçi element ola bilər. Qəzəbin müvəffəqiyyətə təsiri Heather Lench tərəfindən sübut edilib.
Texas A&M Universitetinin professoru Heather Lench, xoşbəxtliyin insanların arzuladığı bir duyğu olduğunu söyləyib. Əslində, insanların əksəriyyəti üçün xoşbəxtlik həyatın əsas məqsədidir. İnsanların psixi sağlamlığı və rifahı müsbət emosiyalarla mümkündür. Amma ən yaxşı nəticələr hirs kimi emosiyalar da daxil olmaqla, emosiyaların qarışığından əldə edilir.
Lench bildirib ki, emosiyalar bizim ətraf mühitdə baş verən hadisələrə reaksiyalarımızdır. O bildirdi ki, emosiyalarımız təcili tədbirlər tələb edən vəziyyətlərdə hərəkətə keçməyə imkan verən həyəcan siqnalıdır. Məsələn, kədər köməyə və emosional dəstəyə ehtiyac olduğunu, qəzəb isə çətin bir maneəni dəf etmək üçün hərəkətə keçmək lazım olduğunu göstərir. Fəaliyyət üçün lazım olan həyəcan təbili çalan orqan beyindir.
Qəzəblənəndə bədənimizdə baş verən dəyişikliklər hansılardır?
Beyin bədənimizin həyəcan sistemi kimi düşünülə bilər. Beyin xoşbəxtlik, kədər və qəzəb kimi emosional vəziyyətlərdə bütün bədənə siqnallar göndərərək bədəndə müəyyən hormonların ifrazını hərəkətə gətirər. Bu hormonlar orqanizmin duyğulardan xəbərdar olmaq və onlara reaksiya vermək qabiliyyətini artırır.
Qəzəb və uğur arasındakı əlaqə nədir?
Qəzəb və uğur arasındakı əlaqəni anlamaq üçün Lench tərəfindən bir araşdırma aparıldı ki, bu araşdırma 1000-dən çox iştirakçı ilə bir sıra təcrübələr aparıb.
Hər bir təcrübədə iştirakçılara çətin tapşırıqlar verilirdi. İştirakçılar tapşırıqları yerinə yetirərkən onların fərqli emosiyaları vurğulanıb. Bu duyğulara qəzəb, sevinc, istək və kədər daxildir. Bu emosiyalarla yanaşı, iştirakçılar da cavabsızlıq hiss edirdilər.
İlk təcrübədə iştirakçılarda fərqli emosiyalar oyatmaq və iştirakçıların neytral cavab verməsi üçün müxtəlif şəkillər göstərilib. Sonra bir sıra söz tapmacaları həll edildi. İkinci təcrübədə iştirakçılardan iki kompüter oyunu oynamaq istənilib. Bu oyunlardan biri sadəcə tullanmağı tələb edən sadə, digəri isə bayraqdan qaçma kimi daha çətin bir oyun idi. Bütün təcrübələrin ümumi nəticəsi qəzəbin çətin tapşırıqların öhdəsindən gəlməsində neytral emosional vəziyyətdən daha uğurlu olması idi. Kompüter oyunlarında daha yüksək bal toplayan və oyunu daha qısa müddətdə başa vuran insanlar oyundan əvvəl qəzəb hisslərini canlandırdığı üçün oyun əsnasında hirsləndilər. Lench-ə görə, qəzəb arzulanan məqsədə doğru qətiyyəti artırır və müvəffəqiyyətlə nəticələnir. əsasən
Beləliklə, qəzəb bütün şəraitlərdə uğuru artıra bilər, yoxsa digər emosiyalar da oxşar nəticələr verə bilərmi? Heather Lench-ə görə, qəzəbin uğur qazanması üçün tapşırıq çətin olmalıdır. Məqsəd asan olanda uğurun qəzəblə heç bir əlaqəsi yoxdur. Üstəlik, uğurun artmasında qəzəbin təsiri sübuta yetirilsə də, sevinc və istək hissləri də bəzi hallarda uğuru artırmışdır.
Mənbə: Bilimup
Tərcümə etdi: Nuray Mürsəlova
