Nobel mükafatları fizika, kimya, tibb, ədəbiyyat və sülh sahələrində hər il verilən bir sıra mükafatlardır.

Mükafatlar son 12 ayda "bəşəriyyətə ən böyük fayda verən" insanlara verilir. Nobel sərvətinin böyük hissəsini ilk dəfə 1901-ci ildə verilən mükafatları maliyyələşdirmək üçün bir fonda qoyub. 1968-ci ildə İsveç Mərkəzi Bankı (Sveriges Riksbank) iqtisad elminə mükafat ayırdı.
Nobelpeace.org-un məlumatına görə, 1901-2022-ci illər arasında Alfred Nobelin xatirəsinə İqtisadiyyat Elmləri üzrə Nobel Mükafatları və Sveriges Riksbank Mükafatı 989 şəxs və təşkilata 615 dəfə verilib. Bəziləri bir dəfədən çox Nobel mükafatı aldıqları üçün ümumilikdə 954 nəfər və 27 təşkilat mükafat aldı. Nobel mükafatları 63 dəfə qadınlara verilib. Pioner fransız alimi Mari Küri mükafatı iki dəfə alan yeganə qadın olub. 1903-cü ildə fizika və 1911-ci ildə kimya üzrə bu mükafatı aldı. Bu o deməkdir ki, ümumilikdə 62 qadın Nobel mükafatına layiq görülüb. Hər mükafatı maksimum üç nəfər ala bilər. Elə illər olub ki, mükafat verilməyib, əsasən iki dünya müharibəsi zamanı. Nobel Fondunun qaydalarına görə, müəyyən kateqoriya üzrə mükafata heç kim layiq deyilsə, mükafat verilmir və pul gələn il üçün saxlanılır. Fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və iqtisadi elmlər üzrə Nobel mükafatları İsveçin paytaxtı Stokholmda verilir.
Nobel Sülh Mükafatı laureatı Norveçdə Norveç parlamenti tərəfindən təyin olunan beş üzvdən ibarət komitə tərəfindən seçilir və mükafat Osloda verilir.
Mənbə: bbc news türkçe
Tərcümə etdi: Aynur Mikayılova
