Bu gün:

"Biz illərdir ki, bu prosesi gözləyirdik"


24media.az-ın "1 sual,1 cavab" rubrikasının növbəti qonağı təhsil mütəxəssisi Elşən Qafarovdur. O, oktyabrın 15-dən tətbiq olunacaq vahid tələbə kartı ilə bağlı fikirlərini bölüşüb.

- Vahid tələbə kartı tələbələrə hansı yenilik və imtiyazları gətirəcək?

+ Tələbə kartı inkişaf etmiş təhsilə sahib əksər ölkələrdə tətbiq edilən sistemdir. Bu, tələbələrin sosial müdafiəsinin gücləndirilməsində köməkçi vasitədir. Bizdə hazırda tələbə bileti mövcuddur. Bu ildən bir neçə universitetdə tələbə kartının tətbiqinə başlanılıb. Gələn il isə bütün universitetlərdə eyni sistem tətbiq ediləcək. Ölkədə 51 universitetdən 45-i mülkü sahədə təhsil verir. Azərbaycan İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birlikdə 7 filialı fəaliyyət göstərir. Bununla yanaşı 55 kollec var. Həmin kolleclərdə də 60 minə yaxın tələbə təhsil alır. Vahid tələbə kartı təqaüd, həm də tələbə bileti kimi istifadə olunacaq. Bir çox xüsusiyyətləri olan kartın əsas funksiyalarından biri də ictimai nəqliyyatdır. Bununla biz tələbələrin ictimai nəqliyyatdan nə qədər istifadə etdiyini müəyyənləşdirə və buna uyğun güzəştlər tətbiq edə bilərik. Vahid tələbə kartı tələbələrin sosial müdafiəsində çox önəmli rola malikdir. Ən çox sosial müdafiəyə ehtiyacı olan tələbələr Bakıdakılardır, çünki onlar daha çox nəqliyyatdan istifadə edirlər. Bu kart təxminən yüz əlli min tələbəyə şamil olunacaq. Bura təkcə bakalavrlar yox, magistrlar da daxildir. Biz-təhsil mütəxəssisləri olaraq illərdir ki, bu prosesi gözləyirdik. Təhsil İnkişaf Fondunun təşəbbüsü ilə belə bir addım atıldı. Bu tələbələrin sosial təminatı üçün ciddi irəliləyişdir.

Lalə Hüseynova

Paylaş
Şərh əlavə et