İstanbulun Arnavutköy rayonunda İETT markalı avtobus yolun kənarındakı yağış suyu kanalına düşüb.
Taşoluk Peronlar-Başakşehir Çam ilə Sakura Şəhər Xəstəxanası arasında hərəkət edən İETT markalı avtobus səhər saatlarında Eski Ədirnə Asfaltı küçəsində hərəkətdə olarkən sürücüsünün sükan idarəetməsini itirməsi nəticəsində yağış suyu kanalına düşüb.
Sərnişinlər avtobusdan enərkən xəbərdar edilərək hadisə yerinə polis və tibb qrupları sövq edilib.
Sərnişinlər hadisə yerinə gələn başqa avtobusla yoluna davam ediblər.
Qruplar tərəfindən aparılan iş zamanı avtobus evakuator vasitəsilə kanaldan çıxarılaraq hadisə yerindən uzaqlaşdırılıb.
Avtobus çıxarıldıqdan sonra tıxac normallaşıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
