
Yaponiyanın baş generalı cümə axşamı bildirib ki, Amerikanın Sakit Okeandakı ən güclü iki müttəfiqi Çinin bölgədəki iddiaları və Şimali Koreyanın təhdidləri ilə bağlı artan narahatlıqlar fonunda müdafiə əlaqələrini yeni zirvələrə qaldırır.
ABŞ-ın Birləşmiş Rəislər Komitəsinin sədri general CQ Braun və Cənubi Koreya admiralı Kim Myung-soo ilə üçtərəfli görüşdən əvvəl yaponiyalı general Yosihide Yoşida Çinin Şərqi Çin və Cənubi Çində “status-kvonu güc yolu ilə dəyişdirməyə” çalışdığını bildirib. Şimali Koreya isə Rusiyaya “təkrarlanan ballistik raket buraxılışları və davamlı silah ötürülməsi” həyata keçirib.
Lakin Yaponiya və Cənubi Koreya arasında ikitərəfli əməkdaşlıq bu həftə Tokioda keçirilən görüşün ən diqqətçəkən nəticəsidir.
Mənbə: CNN
Tərcümə etdi: Nəzri Süleymanova
