Bu gün:

Dağıstanda terror aktı


Dağıstanda baş vermiş son terror aktı nəticəsində həlak olan polislərin sayı 16-ya çatıb, terror aktı qurbanlarının ümumi sayı isə 21-dir. Dərbəndin fövqəladə hallara cavab xidmətidən "TASS"-a bildirilib.

Agentlik əlavə edib ki, daha bir polis çərşənbə axşamı gecə xəstəxanada ölüb.

Bundan əvvəl Dağıstanın Səhiyyə Nazirliyi Mahaçqala və Dərbənddə törədilən terror aktı nəticəsində 20 nəfərin öldüyünü bildirmişdi. Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, ölənlərdən 15-i polis əməkdaşıdır.

"Terror aktının qurbanlarından biri, polis bu gecə xəstəxanada dünyasını dəyişib", - agentlikdən bildirilib. 

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et