Bu gün:

19 yaşlı qız bazar ertəsi musiqi festivalında itkin düşüb


Detektiv itkin düşmüş yeniyetmə Jay Slater-in axtarışında "cavabsız suallara" "təcili tədbir görülməsinə" çağırıb, çünki onun tapılması üçün səylər artıq üçüncü gündür ki davam edir.

Slater dostları ilə adada tətil edərkən NRG musiqi festivalına qatıldıqdan sonra yoxa çıxıb. O, sonuncu dəfə festivalda tanış olduğu insanlarla boz rəngli avtomobilə minərkən, səhər saatlarında dostu Lyusiyə zəng edərək avtobusa gecikdiyini deməmişdən əvvəl görülüb.

"The Mirror"-a danışan Slaterin dostu Lyus Lav onun sonuncu dəfə birlikdə olduğu iki adamın "ölkəni tərk etdiyini" iddia edərək Britaniya polisini onlarla danışmağa çağırıb.

O əlavə edib: "Burada Britaniya polisinə ehtiyacımız var. Mən sadəcə rəfiqəmi tapmaq istəyirəm. O, üç gündür itkin düşüb. Biz artıq ümidmizi itirmişik. Biz polisdən daha çox iş görürük."

Mənbə: gbnews.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et