Bu gün:

Həccdə 500-ə yaxın ölüm faktı


Builki Həcc ziyarətində ölənlərin sayı təxminən 500 nəfərə çatıb və 600-ə yaxın misirli ibadətçinin həddən artıq istilər zamanı Məkkəyə gedən yolda həlak olması ilə bağlı xəbərlər ortaya çıxdığından, əsl qurbanların sayı iki dəfədən çox ola bilər.

Hər bir ölkənin səlahiyyətlilərinə görə, azı 14 Malayziyalı, 165 İndoneziyalı, 75 İordaniyalı, 35 Pakistanlı, 49 Tunisli, 11 İranlı və 98 Hindistanlı ölüb. Daha 27 iordaniyalı xəstəxanaya yerləşdirilib və təxminən 14 nəfər hələ də itkin düşüb, İordaniya Xarici İşlər Nazirliyi bildirib.

CNN-in məlumatına görə, bu, builki həcc ziyarəti üçün ölənlərin son rəsmi sayını ən azı 480-ə çatdırır.

Mənbə: CNN

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et