Bu gün:

HƏMAS hüquqi hesabat hazırlayır


Həmas Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xanın HƏMAS liderlərinə qarşı “həbs orderi” verilməsi ilə bağlı müraciətə cavab olaraq hüquqi hesabat hazırladığını açıqlayıb.

Həmas Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xanın, 20 mayda, Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, Qəzzadakı Həmas lideri Yəhya Sinvar və HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd əl-Dayf da barəsində “həbs qərarı” verilməsi barədə ərizəsi ilə bağlı tədbir görülüb.

Açıqlamada sözügedən ərizədə rəhbər şəxslərə qarşı irəli sürülən “əsassız” ittihamlara cavab vermək üçün geniş hüquqi hesabat hazırlanıb.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Xan ilk addımını 7 oktyabr hücumlarında həlak olan israillilərə və onların ailələrinə başsağlığı verməklə atdı. Onları qəsəbələrdə ziyarət etdi, onları dinlədi. Amma hələ də soyqırıma məruz qalan xalqımıza zərrə qədər də empatiya belə göstərmədi. Blokada və aclığa məruz qalan Qəzzaya hücumlarda ölən və yaralananların sayı 120 mini keçdi. Bundan başqa, Qəzzadakı binaların yüzdə 70-dən çoxu dağılıb."

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et