Bu gün:

ABŞ-da 911 təcili yardım xəttinin nasazlığı


ABŞ-ın Massaçusets ştatında sistem nasazlığı səbəbindən 911 təcili yardım xəttinə təxminən 3 saat ərzində daxil olmaq mümkün olmayıb. Səbəbi hələ məlum olmayan müvəqqəti nasazlıqdan milyonlarla insan zərər çəkib.

ABŞ-ın Massaçusets ştatında sistem nasazlığı səbəbindən 911 fövqəladə qaynar xəttinin müvəqqəti olaraq fəaliyyət göstərmədiyi bildirilib.

Massaçusets İctimai Təhlükəsizlik və Ümumi Müdirliyinin Kommunikasiya və Siyasət Direktoru Elaine Driscoll, mövzu ilə bağlı verdiyi açıqlamada, nasazlığın yerli vaxtla saat 13:00 radələrində hüquq-mühafizə orqanları tərəfindən fərq edildiyini və milyonlarla insanın təcili yardım xidmətlərinə müraciət edə bilmədiyini söyləyib.

Səlahiyyətlilər bölgə sakinlərini köməyə ehtiyac duyduqları halda birbaşa yerli polis, yanğınsöndürmə idarələri və səhiyyə idarələri ilə əlaqə saxlamağa çağırıb və bildirilib ki, nasazlıq səbəbindən xəstəxanaların fəaliyyətində heç bir pozulma yoxdur.

Massaçusets Ştat Polisindən verilən açıqlamada, nasazlığın saat 15.49 radələrində aradan qaldırıldığı və vətəndaşların 911 xətti ilə polis, yanğınsöndürmə briqadası və təcili tibbi yardım xidmətlərini çağırmağa davam etdiyi bildirilib.

Keçən aprel ayında ABŞ-ın Nebraska, Nevada, Cənubi Dakota və Texas ştatlarında 911 təcili yardım nömrəsinə çıxışda müvəqqəti fasilələr yaranıb. Qısa müddət sonra aradan qaldırılan nasazlıqlarla əlaqədar Federal Rabitə Komissiyası araşdırmaya başlayıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et