Bu gün:

Günəş tutulması zamanı ilk dəfə "qravitasiya dalğaları"-nın rolu təsdiqlənib


Montana Ştat Universitetinin tədqiqatçıları Günəş tutulması zamanı Yerin stratosferində cazibə dalğalarının mövcudluğunu təsdiq edərək mühüm elmi irəliləyiş əldə ediblər.

Yer atmosferindəki cazibə dalğaları dağ silsiləsi və gecə ilə gündüz arasındakı temperatur fərqi ilə yaranır.

Nəticələr göstərir ki, tutulma zamanı ayın kölgəsi atmosfer cazibə dalğalarını yaratmaq üçün temperaturu kifayət qədər aşağı salıb. Tutulma zamanı ayın buraxdığı soyuq, qaranlıq kölgə atmosferdə dalğalanmalar göndərən termal şok yaradır. Onlar ən çox buludlarda dalğalar şəklində müşahidə edilə bilər.

Mənbə: Forbes

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et