Bu gün:

Səudiyyə Ərəbistanının mağarasında tapılan qaya


Beynəlxalq bir araşdırma qrupunun, Səudiyyə Ərəbistanı'ndaki Umm Cirsan lav boşluğunda tapılan artefaktlar və qayaüstü rəsmlər, bu ərazinin 7000 il əvvəl insanlar üçün sığınacaq olduğunu göstərir.

Son araşdırmalara əsasən, bu sahə mədəni ticarət üçün əsas keçid yeri olmuşdur. Əvvəllər quraqlıq səbəbindən bu ərazilərdə üzvi artefaktlar nadir tapılırdı. Lakin arxeoloqlar lav boşluğunun və mağaraların araşdırılması ilə daha çox sağ qalan obyektlər aşkar etməyi bacardılar.

Umm Cirsanda tapılan qayaüstü rəsmlər və heyvan sümükləri göstərir ki, bu sahə çobanlar üçün məskən kimi rol oynayırdı. Rəsmlər arasında altı heyvan sürmə sahəsi, 23 qoyun, 15 dağ keçisi, yeddi keçi və iki mal-qara təsvir var.

Tapılan dəlillər ərazinin neolit dövründən tunc dövrünə qədər insanlar tərəfindən işğal edildiyini göstərir.

Umm Cirsan, Səudiyyə Ərəbistanının Mədinə şəhərindən 80 mil şimalda, Harrat Xeybar vulkanik sahəsində yerləşir. Burada vulkanik fəaliyyətin son dövrünün eramızın 600-700-cü illəri arasında baş verdiyi düşünülür. Umm Cirsan, Səudiyyə Ərəbistanının ən uzun lav boşluğu sistemlərindən biridir.

Əsas müəllif Metyu Stüart, “Umm Cirsanda əldə etdiyimiz tapıntılar Ərəbistanın qədim tarixini aydınlaşdırır və çobanlıq fəaliyyətlərinin inkişafını ortaya qoyur”, – deyib. Umm Cirsanın çobanların və heyvanlarının keçib getməsi üçün bir məkan kimi rol oynadığı düşünülür.


Mənbə: news.artnet.com

Tərcümə etdi: Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et